Rüşvət alarkən videosu yayılan polislər tapıldı - YOXLAMA BAŞLADI - VİDEO


Yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alan polislər artıq müəyyən edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Oxu.az-a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, həmin polis əməkdaşları barəsində Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama aparılır: “Yoxlamanın nəticəsinə uyğun olaraq, onların barəsində qərar veriləcək”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.
 

Hər iki piyada ayrı-ayrılıqda 10 manat verərək polisi razı salıb ərazidən uzaqlaşır.

DİGƏR XƏBƏRLƏR

Top