Azərbaycanın keçmiş prezidentinin həyat yoldaşı vəfat edib


Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı vəfat edib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, Ədilə Mütəllibova bu gün səhər saatlarında 81 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.

Yas mərasimi Təzəpir məscidində keçiriləcək. 

Qeyd edək ki, Ə.Mütəllibova 1938-ci ildə Bakı şəhərində anadan olub, ixtisasca həkim idi.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top