5 funt sterlinqə aldı, 735 min funt sterlinqə satdı - FOTO


Şotlandiyada qədim əşyalar toplayan şəxs 5 funt sterlinqə (11 AZN) aldığı şahmat daşını 735 min funt sterlinqə (160 min AZN) satıb.
Yeniavaz.com xəbər verir ki, Londonda yerləşən məşhur “Sotheby's” hərrac evində satışa çıxarılan şahmat fiqurunun bu qiymətə satılmasının səbəbi Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu “Lyuis şahmatı”nın tapılmayan 5 daşından biri olmasıdır. “Sotheby's” hərrac evindən 900 illik tarixi olan fiqurun qarşıda təşkil olunacaq hərracda 1 milyon funt strelinqə satılacağı bildirilib.
Qeyd edək ki, “Lyuis şahmatı” Şotlandiyanın Lyuis adasında ixtira olunmuş 78 fiqurlu (8 şah, 8 vəzir, 16 fil, 15 at, 12 top, 19 piyada) şahmat növüdür. “Lyuis şahmatı” həm də qədim Roma incəsənətinin nadir nümunələrindəndir. Şahmatın günümüzə gəlib çatan 72 fiqurlu versiyası Britaniya muzeyində saxlanılır. Bu şahmatdan “Harri Potter” və “Fəlsəfə Daşı” filmində də istifadə olunmuşdur.

DİGƏR XƏBƏRLƏR

Top