ABŞ-da son 20 ilin ən böyük zəlzələsi olub - FOTOLAR


ABŞ-ın Kaliforniya ştatının cənubunda son 20 ilin ən böyük zəlzələsi olub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 6,4 bal gücündə olan zəlzələ Los-Ancelsdən Pasifik Okeanına qədər olan bütün ərazilərdə hiss olunub. ABŞ Geoloji Tədqiqatlar Mərkəzindən Robert Qravesinin sözlərinə görə, Rixter şkalasında 4,6 ballıq zəlzələdən sonra 159 yeraltı təkan qeydə alınıb. Bildirilir ki, zəlzələdən sonra bəzi qaz xətləri qırılaraq bir çox yerdə yanğınlara səbəb olub. Yollarda və binalarda çatlar yaranıb.
ABŞ prezidenti Donalt Tramp “Twitter” hesabından vəziyyəti nəzarət altında saxladığını bildirib.
Bundan əlavə, temperaturun 40 dərəcə olduğu bəzi bölgələrdə təxminən 29 min insanın elektriksiz qalıb.
Zəlzələ nəticəsində insan itkisinin olub-olmadığı barədə hələ ki, heç bir məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top