Tanınmış azərbaycanlı rejissor Mingəçevir teatrında yeni tamaşa hazırlayır


Mingəçevir  Dövlət Dram Teatrında yazıçısı Federik Lorkanın eyni adlı əsərinin motivləri əsasında “Qanlı toy” tamaşası hazırlanır.
Yeniavaz.com xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Əsərin hazırlıq prosesinə Gənc Tamaşaçılar Teatrından Ceyhun Dadaşov da cəlb olunub. Quruluşçu rəssam Kəmalə Əgərova, səs rejissoru və aranjman Ramiq Nəsirovun olduğu iki pərdəli “Qanlı toy” tamaşasında rolları Azərbaycanın Xalq artisti Ella Yaqubova, Mingəçevir teatrının aktyorları Aydın Quliyev, Fəridə Məmmədova və başqaları ifa edəcək. İyul ayunun  11-də yeni tamaşaya daxili baxış keçiriləcək.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top