Bakıda satıcını küt alətlə döydülər

Binəqədi rayonunda marketdə döyülmə hadisəsi baş verib.
 

Hadisə Dərnəgül şosesində yerləşən marketlərin birində baş verib.
 

1975-ci il təvəllüdlü Həmzəyev Malik Samir oğlu satıcı işlədiyi marketdə naməlum şəxslə dava edib. O, küt alətlə (beysball çubuğu) döyülüb. Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.//APA

DİGƏR XƏBƏRLƏR

Top