Ermənistan vətəndaşı məhkəmə zalında intihar etdi


Leninqrad blokadasını yaşamış Nina Masinanın qətlində təqsirli bilinən erməni etnik qrupunun nümayəndəsi Senik Naroyan məhkəmə zalında intihar edib.

Bu barədə yerli hüquq-mühafizə orqanları bildirib.

Bildirilib ki, Sankt Peterburq Şəhər Məhkəməsinin hakimləri birsəslə onu günahkar bilib və əfvə layiq olmadığını vurğulayıblar.

Hadisə şəhər məhkəməsinin konvoyunun otağında baş verib. Hələlik rəsmi mənbələr hadisəni şərh etməyiblər.

İyulun 1-də müttəhim hakimlərin günahkar olduğunu sübut edəcəkləri təqdirdə, barəsində güllələnmə hökmünün çıxarılmasını xahiş edəcəyini bildirmişdi.

Qeyd edək ki, hadisə 2018-ci il noyabrın 20-də baş verib. Senik Naroyan, Razmik Naroyan və Qalina Quseynova 93 yaşlı, Leninqrad blokadasını yaşamış qadının evinə soxularaq onu boğmuşlar.

Nina Masina Marinsk Teatrı kitabxanasının notlar fondunda işləyib.(report)

DİGƏR XƏBƏRLƏR

Top