Avtomobil yolayrıcına çırpıldı - Sürücü öldü, azyaşlı xəstəxanada


Siyəzən rayonunun Zarat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 3-də saat 8 radələrində Siyəzən rayonunun Zarat kəndi ərazisində Abşeron rayon sakini Elçin Namazov idarə etdiyi “VAZ-2107” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, sərnişini olan 9 yaşlı oğlu Toğrul xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top