Qəbiristanlıqda ağac “soyqırımı” - Məzar daşlarına da ziyan dəyib - FOTO


Naməlum şəxslər qəbiristanlıqdakı ağacları kəsib, məzar daşlarına ziyan dəyib.

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax rayonunun Şotavar kəndində baş verib.

Belə ki, naməlum şəxslər kəndin qədim qəbiristanlığına girərək orada iri gövdəli gövrüc ağaclarını kütləvi şəkildə kəsib. Kənd sakinlərinin dediyinə görə, ağacların kim və kimlər tərəfindən kəsildiyi məlum deyil. Bundan başqa, yaşı 12-13 əsr olan qəbirlərin üzərinə ağaclar aşıb. Məzar daşlarına ziyan dəyib.

Hadisəylə bağlı 7 saylı Zaqatala Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı sözügedən əraziyə baxış keçiriblər.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top