La Liqada mövsümün püşkü atıldı: "El Klasiko"ların vaxtı bilindi


İspaniya La Liqasında 2019-20 mövsümünün püşkatma mərasimi olub.

Yeniavaz.com matc.az-a istinadən xəbər verir ki, artıq ilk turun cütlükləri bəlli olub.

Son çempion "Barselona" mövsümə Bilbaoda, əzəli rəqib "Real" isə Viqoda başlayacaq. Çempionluq uğrunda onların digər rəqibi "Atletiko" isə açılış turunda doğma azarkeşləri önündə "Xetafe"ni qəbul edəcək.

İlk turun görüşləri avqustun 17-18-də keçiriləcək. Mövsümə gələn il mayın 24-də yekun vurulacaq.

Həmçinin "El Klasiko"ların vaxtı da müəyyənləşib. "Barselona" ilə "Real" ilk olaraq oktyabrın 27-də "Nou Kamp"da üz-üzə gələcək. İkinci dövrədəki "El Klasiko" isə gələn il martın 1-də "Santyaqo Bernabeu"da keçiriləcək.

İspaniya La Liqası

I tur

"Atletik" - "Barselona"

"Selta" - "Real"

"Atletiko" - "Xetafe"

"Malyorka" - "Eybar"

"Espanyol" - "Sevilya"

"Alaves" - "Levante"

"Valensiya" - "Real Sosyedad"

"Betis" - "Valyadolid"

"Leqanes" - "Osasuna"

"Vilyarreal" - "Qranada"

DİGƏR XƏBƏRLƏR

Top