Bakıda 12 nəfərin zəhərləndiyi dönərxananın sahibi tutuldu


Bakıda dönər yedikdən sonra 12 nəfərin zəhərlənməsinə görə sahibkar tutulub.

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 25-də 12 nəfərin dönər yedikdən sonra zəhərləndiyi Xətai rayonu, Babək prospektində yerləşən “Qədir xum” adlı dönərxananın sahibi cinayət məsuliyyətinə cəlb edilib.

Sahibkar Məmmədov Ramis Arif oğlu Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək saxlanılıb.

İstintaq davam etdirilir. 

DİGƏR XƏBƏRLƏR

Top