Bərdə sakini həmyerlisini bıçaqladı


Bərdə sakini həmyerlisini bıçaqlayıb.

Yeniavaz.com xəbər verir ki, hadisə Bərdə şəhərinin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini 1987-ci il təvəllüdlü Elnur Mikayılov həmyerlisi Anar Qurbanova  bıçaq xəsarətləri yetirib. Yaralı bədənin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Bərdə xəstəxanasından yaralının vəziyyəti orta-ağır qiymətləndirilib. Faktla bağlı polis şöbəsində araşdırma aparılır.

Esmira Hidayətova, Bərdə

DİGƏR XƏBƏRLƏR

Top