Bakıda yol polisinin rüşvət alması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla əlaqə saxladıq.

V.Əsədov Yeniavaz.com-a açıqlamasında hadisədən xəbərsiz olduğunu və məsələni araşdırıb məlumat verəcəyini bildirdi.

***15:25
Sosial şəbəkələrdə polis əməkdaşının yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət aldığını əks etdirən videogörüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, görüntü Bakıda qeydə alınıb.

Videodan aydın olur ki, yol polisi hər iki gəncdən 10 manat pul alaraq onlara qanunla nəzərdə tutulan protokolu yazmır.

Hər iki piyada ayrı-ayrılıqda 10 manat verərək polisi razı salıb ərazidən uzaqlaşır.

DİGƏR XƏBƏRLƏR

Top