Xərçəngin özünü məhvetmə xüsusiyyəti kəşf edilib


Yeni aparılan araşdırmada xərçəng şişlərinin böyüməsi və yayılmasına səbəb olan hüceyrələrin özü-özünü məhvetmə qabiliyyəti ortaya çıxıb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərədə dərc edilən məşhur "Nature Cell Biology" adlı  jurnalda xərçənglə mübarizənin yeni yolları tapılıb. Xərçəng xəstəliyi üzərində aparılan araşdırmada məlum olub ki, bəzi hüceyrələr şişi məhv edə bilir. Beləki, xərçəng şişlərinin böyüməsinə səbəb olan ATF4 adlı proteinlərin zərərsizləşdirilməsi ilə xərçəngin əsasını təşkil edən hüceyrələr yavaş-yavaş yox olur. Nəticədə müəyyən müddətdən sonra xərçəng xəstəliyi tamamilə sağalır. Yaxın vaxtlarda bu metodun xəstələr üzərində tətbiq edilməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top