"Boeing" şirkəti təyyarə qəzalarında ölənlərin ailələrinə maddi yardım edəcək


"Boeing" şirkəti İndoneziya və Efiopiyada "737 Max 8" tipli sərnişin təyyarəsində baş verən qəzalar nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına maddi yardım edəcək.
Yeniavaz.com xəbər verir ki, şirkətdən verilən açıqlamada qarşıdakı bir neçə il müddətində həlak olanların ailələrinə 100 milyon dollarlıq yardım ediləcəyi, şirkət işçilərinin də yardıma qoşula biləcəyi bldirilib.
Açıqlamada əlavə olaraq, 100 milyon dolların şirkəti məhkəməyə verən ailələrə ödəniləcək təzminatalara aid olmadığı qeyd edilib.
Qeyd edək ki, 29 oktaybr 2018-ci ildə İndoneziya hava yolarına məxsus "Boeing 737 Max 8" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189, bu il martın 10-da Efiopya hava yollarına məxsus "Boeing 737 Max 8" tipli sərnişin təyyarəsinin qəzasında isə 157 nəfər həyatını itirib.
Xatırladaq ki, qəzalardan sonra Çin, İngiltərə, Efiopiya, Almaniya, Fransa, Hollandiya, Avstriya və Türkiyə "Boeing 737 Max 8" tipli sənişin təyarəsi ilə olan uçuşları müvəqqəti dayandırmış və öz hava ərazilərini bu təyyarələrin uçuşuna bağlamışdır.

DİGƏR XƏBƏRLƏR

Top