Gəncədə avtobus iki yaşlı uşağın ayaqlarının üstündən keçdi

Gəncədə sərnişin avtobusu iki yaşlı uşağın ayaqlarının üstündən keçib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, bədbəxt hadisə Məhsəti qəsəbəsində qeydə alınıb.

2017-ci il təvəllüdlü Babakişiyev Elay Elnur oğlunun hər iki ayağı sərnişin atobusunun altında qalıb. Azyaşlının hər iki ayağı sınıb.

Uşaq dərhal Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, hadisə uşaq anası ilə avtobusdan düşəndən sonra baş verib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top