Ərəblərin “Park-bulvar”dakı davası ilə bağlı - Rəsmi AÇIQLAMA - VİDEO - YENİLƏNİB


Bakıda ərəb turistlə Azərbaycan vətəndaşının əlbəyava dava etməsi barədə yayılan video görüntülərlə bağlı rəsmi açıqlama verilib.

Yeniavaz.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin sözçüsü Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə “Park Bulvar” Ticarət Mərkəzində baş verib.

"Ərəb turistlərin arasında anlaşılmazlıq olub və bu mübahisə ilə nəticələnib. Hadisəni əks etdirən video görüntü sosial şəbəkələrdə yayımlanıb. Həmin davada Azərbaycan vətəndaşı iştirak etməyib.

Hazırda faktla bağlı 37-ci Polis Bölməsində araşdırma aparılır".

***09:46
Bakıda ərəb turist ilə azərbaycanlı dava salıb.


Yeniavaz.com xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər. Verilən məlumata görə, hadisə ticarət mərkəzlərinin birində qeydə alınıb.

Baş verən davanın videosunu redaksiyamızın “qaynar xətti”nə göndəriblər.


Videodan da göründüyü kimi ərəblə dava salan vətəndaşımızı mühafizə xidmətinin əməkdaşları ayıra bilməyiblər.

Sonradan əraziyə mühafizə polisi də cəlb olunub. Turistlər vətəndaşımızı söyüblər.

Həmin videonu təqdim edirik: 
 

DİGƏR XƏBƏRLƏR

Top