Amerika Kubokun finalında Braziliyanın rəqibi məlum oldu – VİDEO


Braziliyada keçirilən Amerika Kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Yeniavaz.com xəbər verir ki,  ikinci yarımfinal görüşündə Peru turnirin son qalibi Çili millisini mübarizədən kənarlaşdırıb. Matçdan 3-0 hesablı qələbə ilə ayrılan Peru kollektivi adını finala yazıdırıb. Oyunda qolları Edison Flores, Yoşimar Yotun, və Xose Pablo Gerrero vurub. Qeyd edək ki, Perunun finaldakı rəqibi Argentina millisinə yarımfinalda 2-0 hesabı ilə qalib gələrək mübarizədən kənarlaşdıran Braziliya kollektivi olacaq. Xatırladaq ki, final görüşü iyulun 7-də baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top