Azərbaycanda çoban intihar etdi

Sabirabadda intihar hadisəsi baş verib.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən fermalardan birində çoban işləyən 1965-ci il təvəllüdli Zülfüqar Məmmədovun yarımtikilidə asılmış meyiti aşkar edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top