Gürcüstanda hərbçiləri aparan avtobus qəzaya uğrayıb

Gürcüstanda hərbiçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

Qəza Quriya regionunun Şekveteli kurort qəsəbəsinin yaxınlığında baş verib. Nəticədə 12 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Bildirilir ki, hərbçilər Batumidən Senakidəki hərbi bazaya gedirmişlər.

Yaralılar təcili yardım maşınları ilə Kobuletidəki xəstəxanalara çatdırılıblar.//AzərTAC

DİGƏR XƏBƏRLƏR

Top