Xəstəxanada azyaşlı ölümü xəbəri təsdiqini tapmadı - YENİLƏNİB

Ötən gün Gəncədə doqquz yaşlı uşağın yıxılaraq ölməsi ilə bağlı yayılan xəbər təsdiqini tapmayıb.

Yeniavaz.com xəbər verir ki, 2010-cu il təvəllüdlü Əli Qədim oğlu Rüstəmzadənin yaxınları Oxu.Az-a bildiriblər ki, uşaq hazırda xəstəxanada həkim nəzarəti altındadır.

Qeyd olunub ki, ötən gün Ə.Rüstəmzadənin qəflətən halı pisləşərək özündən gedib. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

Hazırda vəziyyəti yaxşılığa doğru dəyişir.

Ə.Rüstəmzadənin ölüm xəbərinin yayılmasına gəlincə, xəstəxanadan müvafiq quruma yanlış məlumat verildiyi məlum olub. Bu yanlışlıq uşağın vəziyyətinin ötən gün son dərəcə pis olması ilə izah olunur.


*** 3 iyul, 23:14
Gəncədə bədbəxt hadisə baş verib.

Hadisə şəhərdə yerləşən ticarət mərkəzlərinin birində qeydə alınıb.

Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü Əli Rüstəmzadə ticarət mərkəzində hündürlükdən yıxılıb. Azyaşlı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top