Donald Trampın qızı "gülüş obyekti" olub - VİDEO


G20 sammitində dövlət başçılarının dialoquna qoşulmağa çalışan Donald Trampın qızı İvanka Tramp internetdə məsxərəyə qoyulub.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb dövlət başçılarından heç birinin ona əhəmiyyət verməməsi olub. Fransa prezidentinin rəsmi "instagram" səhifəsində sözügedən hadisənin kadrları yayımlanıb. Kadrlarda Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trudo, İngiltərənin baş naziri Tereza Mey və İMF-nin (Beynəlxalq Valyuta Fondu - International Monetary Fund) prezidenti Kristin Laqardın söhbət etdiyi görünür. Bu zaman onları dinləyən İvanka Tramp da dialoqa qoşulur. Ancaq rəhbərlərin ona əhəmiyyət verməməsi İ. Trampı çətin vəziyyətə salıb. Kadrlar "Twitter"da #UnwantedIvanka (İstənməyən İvanka) həştəqi ilə populyarlaşıb.
Daha sonra isə İvankanın belə vəziyyətə düşməsi internetdə "mim" (internetdə populyarlaşan və sürətlə yayılan mənasını verir və daha çox yumor məqsədilə istifadə olunur) halına gəlib.
Digər tərəfdən ABŞ Konqresinin demokrat üzvü Aleksandria Okasio-Kortez sosial şəbəkələrdəki səhifələrində İvanka Trampın G20 sammitində iştirak etməsini tənqid edib: "Kiminsə qızı olmaq özünün qazandığı bir status deyil. ABŞ-ın G20-də ölkə üçün çalışan bir prezidentə ehtiyacı var".
Qeyd edək ki, İvanka Tramp və həyat yoldaşı sammitdə D. Trampın məsləhətçisi kimi iştirak etsələr də, heç bir rəsmi status göstərilməyib.

DİGƏR XƏBƏRLƏR

Top