“06” bir neçə dəfə aşıb bu vəziyyətə düşdü - FOTO


Göyçayda yol qəzası olub.


​Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu saatlarda Göyçay-Ləki yolunda baş verib.

Rayon mərkəzindən Qaraxıdır kənd istiqamətində hərəkətdə olan "VAZ 21 06" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə yuvarlanıb.

Avtomobildə olan sürücü və sərnişinlər ağır  xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top