ABŞ və İranı qarşı-qarşıya gətirən URAN nədir?


Mətbuatda tez-tez hansısa ölkələrin Uranın zənginləşdirilməsi proqramını icra etməyə çalışdığını və digər ölkələrin buna qarşı çıxdığını eşidirik. Hazırda dünya gündəmindəki əsas xəbərlərdən biri də İranın Uranı zənginləşdirmək istəməsi və başda Amerika olmaqla bir çox dövlətin də buna qarşı çıxmasıdır. Bəs Uranın zənginləşdirilməsi dedikdə nə nəzərdə tutulur?

Yeniavaz.com elmi mənbələrə stinadla bildirir ki, Uran kimyəvi elementdir və eyni bir kimyəvi elementin nüvəsində fərqli sayda neytron yerləşə bilir. Belə olduqda isə həmin elementin izotopları yaranmış olur. Təbiətdə Urana üç izotop şəklində rast gəlinir - U-235, U-234 və U-238 (laboratoriya şəraitində U-232, U-233 və U-236 izotopları da əldə olunur). Bu izotopların hər üçünün nüvəsində 92 proton var. Onları bir-birindən fərqləndirən isə nüvələrindəki neytronların sayıdır. Bu izotoplardan ən az tapılanı U-234 izotopudur. U-238 izotopunun nüvəsində üç əlavə neytron var. U-235 izotopu U-238 izotopundan çox daha davamsız olduğu üçün asanlıqla həyəcanlanaraq böyük miqdarda enerji ayırmaqla parçalanır. Nüvə reaktorlarında və nüvə silahı hazırlanmasında Uranın məhz bu izotopundan istifadə olunur. Amma yerin tərkibindən çıxarılan Uran filizlərində 99,3% U-238 olduğu halda U-235 izotopu sadəcə 0,7% təşkil edir. Bu səbəbdən Uranı zənginləşdirmək lazım gəlir. Zənginləşdirmə mahiyyət etibarı ilə U-235 izotopunun qatılığının artırılmasıdır. Başqa sözlə, zənginləşdirmə zamanı U-238 izotopları hər hansı bir yolla kənarlaşdırılır.

Bəs necə müəyyən olunur ki, ölkələrin Uranı hansı məqsədlə zənginləşdirdiyini isə (dinc məqsədlə yoxsa silah hazırlamaq üçün) U-235 izotopunun qatılığına görə bilmək olur. Belə ki, silah hazırlamaq üçün daha çox (90%) U-235 lazım olduğu halda nüvə rektorlarında istifadə olunacaq Uran üçün həmin izotopun qatılığı elə də çox olmalı deyil (4-5% yetərli sayılır). Çünki, bomba partlatmaq üçün enerjinin ani olaraq ayrılmasına nail olmaq tələb olunur ki, nüvə rektorlarında buna ehtiyac olmur.

Radioaktiv olmadığı üçün U-238 izotopundan silah hazırlamaq yaxud onu nüvə reaktorlarında yanacaq kimi istifadə etmək olmur. Lakin o olduqca böyük sıxlığa malik olur. Ondan təyyarələrdə uçuş zamanı balans yaratmaq üçün istifadə olunur. Bu məqsədlə onu təyyarənin ön hissəsinə yerləşdirirlər. Bundan başqa ondan Uran nümunəsi tələb olunan yerlərdə məsələn universitetlərdə nümayiş üçün istifadə olunur. Radioaktiv olmadığı üçün tələbələr onu rahalıqla tədqiq edə bilirlər.

Qeyd edək ki, hər nə qədər sadə görünsə də uranın zənginləşdirilməsi üçün kütləvi maddi ehtiyat tələb olunur. Ona görə də uranın zənginləşdirilməsini ancaq böyük dövlətlər və nəhəng təşkilatlar apara bilir.

DİGƏR XƏBƏRLƏR

Top