İsraildə yaşanan qarşıdurmada 47 polis yaralanıb


İsraildə baş verən qarşıdurmada 80 nəfər xəsarət alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail "Hayom" qəzeti məlumat yayıb.
Məlumata görə, İsraildə Efiopiya əsilli bir gəncin polis gülləsiylə həyatını itirməsi nəticəsində ölkə daxilində etirazlar baş verib. Ölkənin müxtəlif şəhərlərində yaşanan qarşıdurmalar nəticəsində 80 nəfər xəsarət alıb.
Etirazçılar şəhərdə bir çox yolları bağlayıblar. Buna görə də nəqliyyatın gediş-gəlişində çətinliklər yaşanıb. İlkin məlumatlara görə, 47 polis işçisi yaralanıb və 60 etirazçı saxlanılıb.
İsrailin baş naziri Benjamin Netanyahu etirazçıları hər şeyi qanun çərçivəsində həll etməyə çağırıb: “Həll edilməli bir çox problemin olduğunu bilirəm. Bu problemləri həll etmək üçün çalışırıq. Buna görə də xahiş edirəm yolları bağlamayın”.
 

DİGƏR XƏBƏRLƏR

Top