Azərbaycanla bağlı film Ermənistanda nümayiş olunacaq - VİDEO


7-14 iyul tarixləri arasında İrəvanda keçiriləcək "Qızıl ərik" kino festivalında Azərbaycandan bəhs edən film nümayiş olunacaq.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə məlumatı festivalın təşkilatçıları açıqlayıb.
Bildirilib ki, festivalın region ölkələri bölməsində Türkiyə, Gürcüstan, İran və Azərbaycana aid olan 13 qısametrajlı film göstəriləcək.
Təşkilatçılar qeyd edib ki, Azərbaycana aid olan "Molakan" filmi Rusiyada yaşayan rejissor Sağlar Tyurbeva tərəfindən çəkilib.
Məlumat üçün bildirək ki, bu film 19-cü əsrdə Azərbaycana köçürüləm molokanların həyatından bəhs edir. Film molokonların yaşadığı Azərbaycan kəndlərində lentə alınıb.
Onu da bildirək ki, 2013-cü ildə "Qızıl ərik" kino festivalında Azərbaycanlı rejissor Elmar İmanovun 29 dəqiqəlik “Tabutçunun yelləncəyi” filmi nümayiş olunub və mükafata layiq görülüb.
Adları qeyd olunan filmlərin təşkilatçılar tərəfindən Azərbaycan filmi kimi təqdim olunması Ermənistan mətbuatında tənqid olunub. Bildirilir ki, rejissor Elmar İmanov Bakıda doğulsa da hazırda Almaniyada yaşayır və onun çəkdiyi film də Almaniya filmi kimi təqdim olunmalıdır. "Molakan" filmi isə Azərbaycanda çəkilsə də onun da rejissoru Rusiyada yaşayır.
Açıqlamalardan belə görünür ki, "Qızıl ərik" kino festivalının təşkilatçıları bu filmləri Azərbaycan filmi kimi təqdim etməklə mətbuatın diqqətini öz üzərlərinə çəkmək istəyirlər.

DİGƏR XƏBƏRLƏR

Top