Dalay Lama qadınlar haqqında dediyi sözə görə üzr istəyib


Tibetin dini lideri Dalay Lama, ötən ay verdiyi müsahibədə, qadınlar haqqında işlətdiyi ifadəyə görə üzr istəməli olub.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, xələfinin qadın olacağı təqdirdə "gözəl olmalı" olduğunu müdafiə edən dini lider, həm daxili, həm də xarici gözəlliyin eyni dərəcədə əhəmiyyət kəsb etdiyini bildirmişdi.
O daha sonra, yanlış anlamaları diqqətə alaraq hər kəsdən üzr istəyib və bunun bir zarafat olduğunu diqqətə çatdırıb.
Müsahibədə ABŞ prezidenti və Tibetə qayıtmaq xəyalı da daxil bir çox mövzuda danışan Dalay Lama xələfi haqqında dediyi sözlərə görə tənqidlərə məruz qalmışdı. O üzr istəyərkən bəzi ifadələrin başqa dilə çevrilərkən daxilindəki ironiyanı itdirdiyini, buna görə də yanlış anlaşıldığını dilə gətirib.
Qeyd edək ki, Dalay Lama bu həftə 84 yaşını qeyd edəcək.

DİGƏR XƏBƏRLƏR

Top