Azərbaycanda bu sahədə işləyənlərin maaşı azalıb - 79,6 manat


Kinofilm sahəsində işləyənlərin maaşları azalıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu ilin ilk 3 ayına olan məlumata görə kinofilmlərin, video və televiziya proqramlarının istehsalı, səsyazma və musiqi nəşrləri ilə əlaqədar sahələrdə işləyən şəxslərin maaşı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% və ya 79,6 manat azalıb.
Bu ilin ilk 3 ayına olan məlumata görə, bu sahədə işləyənlərin orta aylıq əmək haqqı 773,7 manat olub. Ötən il bu göstərici 853,3 manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top