Bakıda qəssab buğa əvəzinə öz boğazını kəsdi


Bakının Yasamal rayonunda qəssab ehtiyatsızlıqdan boğazından bıçaqlanıb.

Yeniavaz.com APA-ya istinadla  xəbər verir ki, 1994-cü il təvəllüdlü Abdullayev Ruslan Fariz oğlu iribuynuzlu heyvanı kəsərkən ayağı sürüşərək yıxılıb. Qəssab əlindəki bıçağın üzərinə düşüb. Bıçaq onun boğazına keçib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

DİGƏR XƏBƏRLƏR

Top