Hacı Mazanın son durumu ilə bağlı AÇIQLAMA


Bu gün Neftçalada ağır yol qəzası nəticəsində xəsarət alan Hacı Mazan ləqəbi ilə tanınan iş adamı Ramazan Zeynalov Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına gətirilib.

Universitetin mətbuat katibi Günel Aslanova Oxu.Az-a bildirib ki, xəstə klinikaya gətirilərkən vəziyyəti ağır olub:

“Ramazan Zeynalov bədənin çoxsaylı sınıqları ilə klinikaya daxil olub. Artıq üzərində cərrahiyyə əməliyyatı başa çatıb”.

O, hazırda Hacı Mazanın reanimasiya bölməsində klinikanın Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirlinin nəzarəti altında olduğunu, vəziyyətinin stabil olduğunu deyib.

DİGƏR XƏBƏRLƏR

Top