Bu qidalar körpənizin zehnini gücləndirəcək


Körpələrdə zehin inkişafı hamiləlik dövründə başlayır. Ana olacaq namizədlər bu prossesdə mütləq təbii qidalara üstünlük verməlidirlər. Bundan əlavə edilən bəzi tədqiqatlar sübut etmişdir ki, ana südü qəbul edən uşaqlar, digərlərinə nisbətən zehni daha yaxşı inkişaf edir. Valideyinlər uşaqlarını sağlam qidalara öyrəşdirməlidirlər.

Yeniavaz.com xarici KİV-ə istinadən körpələrdə zəkanın inkişafı üçün düzgün qidalanmanı təqdim edir:
Bir yaşa qədər olan uşaqlara duzlu və şəkərli yemək verilməməlidir. Körpəyə mütləq şəkildə evdə hazırlanan yeməklər yedizdirilməlidir.

Omega-3 
Omega-3 daha çox balıqların tərkibində olan vitamindir.  Bu vitamin, zehnin inkişafında mühüm rol oynayır. Balıqdan əlavə omega-3 yağ turşusu fındıq, qoz və badamın tərkibində var. Uşaq  belə qidaları yeyə biləcək yaşa çatdıqdan sonra nəzarət altında çərəzlər verilə bilər.
 
Dəmir
Dəmir çatışmazlığı uşaqlarda diqqətsizlik, davranış pozğunluğu və iştahasızlıq kimi problemlərə səbəb olur. Dəmir çatışmazlığı olan uşaqlara qırmızı ət, yumurta və üzüm doşabı verilməlidir.
 
Sink
Sink, dəniz məhsulları, ət, qoz, fındıq, günəbaxan toxumu, süd və yumurtanın tərkibinə daxildir. Bu qidalar körpəyə altıncı aydan sonra verilməlidir.

Yod
7-8 ayından sonra körpələrə həftədə bir dəfə mütləq balıq yedizdirmək lazımdır. Yod çatışmazlığı olan uşaqlarda zəka geriliyi olur.
 

DİGƏR XƏBƏRLƏR

Top