"Facebook"un 4 ofisi boşaldıldı


ABŞ-da “Facebook”a aid 4 ofis boşaldılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, “Facebook” “Silikon Vadisi”ndəki ofisinə gələn şübhəli bağlamada zəhərli qazın tapılmasına görə 4 binasını evaukasiya edib. Belə ki, bağlamada sarin sinir qazı tapılıb.
Bildirilir ki, şirkətə gələn bütün bağlamalar yoxlanılır və qazın necə göndərildiyi araşdırılır. Paketlə təmasda olan iki nəfərin səhhətində isə heç bir problem olmadığı bildirilib.
Faktla bağlı araşdırma davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top