Rusiyada 27 yaşlı azərbaycanlı 4 ildən sonra həbs olundu - SƏBƏB


Rusiyanın Yaroslav vilayətində qeydiyyatda olan 27 yaşlı azərbaycanlı həbs olunub.
Yeniavaz.com Rusiya mətbuatına istinadən bildirir ki, 27 yaşlı azərbaycanlı 4 il əvvəl - 23 iyun 2015-ci ildə Samara vilayətində baş verən cinayətə görə həbs olunub.
Bildirilir ki, 4 il əvvəl Samarada restoranların birində münaqişə zəminində 28 yaşlı bir şəxs bıçaqla ağır şəkildə yaralanıb.
Hadisədən sonra 18 yaşlı 2 gənc saxlanılıb. Lakin onlar davada iştirak etsələr də zərərçəkəni bıçaqla vurmadıqlarını bildiriblər.
Nəhayət 4 ildən sonra adı açıqlanmayan 27 yaşlı azərbaycanlı soyğunçuluq etdiyi üçün saxlanılıb və aparılan istintaq zamanı məlum olub ki, 2015-ci ildə Samarada baş verən cinayət də soydaşımız tərəfindən törədilib.
 

DİGƏR XƏBƏRLƏR

Top