“Fənərbaxça” Əmrə Bəlözoğlu ilə müqavilə imzalayıb - VİDEO


Türkiyənin “Fənərbaxça” klubu yay transfer mövsümünü dəyərləndirməyə çalışır.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, "sarı kanarya" eks, təcrübəli futbolçularından Əmrə Bəlözoğlu ilə yenidən müqavilə imzalayıb.
Ötən 4 mövsüm “Başakşəhər”də çıxış edən 39 yaşlı futbolçu növbəti mövsümdə yenidən “sarı-lacivərtlilər”in formasını geyinəcək. "Fənərbaxça" rəhbərliyi  yeni futbolçularla yanaşı təcrübəli futbolçuları da heyətə qatmaqla ötən mövsümdə yaşanan problemləri aradan qaldırmağa çalışır. Türkiyə millisinin yarımmüdafiəçisi hər zamankı kimi yenə də 5 nömrəli formanı daşıyacaq.
Qeyd edək ki, Ə.Bəlözoğlu 2008-12 və 2013-15-ci illərdə də “Fənərbaxça”da çıxış edib.

DİGƏR XƏBƏRLƏR

Top