Hindistanda divar çökdü - 16 ölü


Hindistanda şiddətli yağışlara görə divarların çökməsi nəticəsində 16 nəfər həyatını itirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Hindistanın Mumbai bölgəsində qeydə alınıb.
Verilən məlumatlara görə, yağışlar və daşqınlara görə şəhərdə gediş-gəliş çətinləşib, aviareislər və qatar səfərləri təxirə salınıb. Divarların çökməsi nəticəsində həyatını itirənlərin ailələrinə 7500 dollar təcminat ödəniləcəyini açıqlayan səlahiyyətli şəxslər, əhaliyə evdən çıxmamaları üçün xəbərdarlıq edib.
Qeyd edək ki, Maharaştra əyalətində, həftə sonu parkinq divarının çökməsi nəticəsində 16 nəfər həyatını itirib.
 

DİGƏR XƏBƏRLƏR

Top