"Xəzər-Lənkəran"ın vitse-prezidentinin fotoları ilə İtalyada yüzlərlə qadını aldatdılar - VİDEO


"Xəzər-Lənkəran" Futbol klubunun keçmiş vitse-prezidenti Rəvan Bəşirov qəribə hadisə ilə qarşılaşıb. Belə ki, Rəvan Bəşirovun sosial şəbəkələrdə paylaşdığı foto və videolardan istifadə edərək İtaliyada yüzlərlə qadını aldadıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Rəvan Bəşirov sosial şəbəkə hesabında paylaşıb.
Naməlum şəxslər Rəvan Bəşirovun sosial şəbəkələrdə paylaşdığı foto və videolardan istifadə edərək sosial şəbəkələrdə saxta hesablar açaraq İtaliyada yüzlərlə qadınla tanış olublar. Müxtəlif adlar altında açılan saxta hesablardan qadınlara evlilik təklifi edilib və daha sonra onların etibarından istifadə edərək onlardan pul alıblar. Bu məsələ İtaliyanın RAI televiziya kanalında yayımlanan "Chi l’ha visto" proqramında işıqlandırılıb. Daha sonra Rəvan Bəşirov İtaliyaya səfər edərək həmin televiziya proqramında iştirak edərək məsələyə aydınlıq gətirib.

Ötən ayın 26-da İtaliyanın RAI televiziya kanalında yayımlanan proqramın video görüntüsünü təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top