Qonşu ölkələr arasında ən güclü pasport hansı ölkəyə məxsusdur? - SİYAHI


Azərbaycan pasportu ilə dünyanın 66 ölkəsinə vizasız səfər etmək mümkündür.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Henley & Partners" şirkətinin 2019-cu ilin 3-cü rübü üçün açıqladığı "Pasport indeks"də yer alıb.
Açıqlanan məlumatda qeyd olunur ki, Azərbaycan indeksdə 78-ci sırada yer alıb.
Azərbaycanla qonşu olan ölkələr reytinqdə aşağıdakı mövqelərdə qərarlaşıblar:

- Rusiya - 51-ci yer (116 ölkəyə vizasız səfər)
- Gürcüstan - 52-ci yer (113 ölkəyə vizasız səfər)
- Тürkiyə - 53-cü yer (110 ölkəyə vizasız səfər)
- Qazaxıstan - 69-cu yer (75 ölkəyə vizasız səfər)
- Azərbaycan - 78-ci yer (66 ölkəyə vizasız səfər)
- Ermənistan - 84-cü yer (60 ölkəyə vizasız səfər)
- İran - 101-ci yer (39 ölkəyə vizasız səfər)

"Pasport indeks"nə görə ən güclü pasport Yaponiya və Sinqapura məxsusdur. Bu ölkələrin pasportu ilə 189 ölkəyə vizasız səfər etmək mümkündür. İkinci sırada Almaniya, Finlandiya və Cənubi Koreya pasportları yer alıb. Bu ölkələrə məxsus pasportlarla 187 ölkəyə vizasız daxil olmaq olar. Növbəti yerlərdə Danimarka, İtaliya, Lüksemburq, İspaniya və Fransa yer alıb.
Dünyanın ən zəif pasportuna isə Əfqanıstan vətəndaşları sahibdir. Əfqanıstan pasportu ilə cəmi 25 ölkəyə vizasız getmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top