Bu bala tülkü 3 min 506 kilometr məsafəni 76 gündə qət edib


Qida tapa bilmək üçün 76 günə 3 min 506 kilometr məsafə qət edərək Norveçin Slavbard adalarından Kanadanın şimalına gedən bala qütb tülküsünün "əsrarəngiz səyahəti" elm adamlarını təəccübləndirib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Norveç Qütb İnstitutunun mütəxəssisləri GPS cihazı taxdıqları bala tülkünü ötən ilin mart ayında Spitsberq adasında təbiətin qoynuna buraxıblar. O vaxt hələ 1 yaşı tamam olmamış tülkü qərbə doğru 1512 kilometr qət edərək 21 günə Qrenlandiya adasına çatıb. Burada qalın postu sayəsində həyatda qalan bala tülkü, bu dəfə 2000 kilometr qət edərək Kanadanın Ellesmer adasına gedib. Ancaq mütəxəssisləri təəccübləndirən məsələ onun bu qədər məsafə qət etməsi deyil, bu qədər məsafəni 76 gündə getməsidir. Belə ki, qütb tülküsü gündə orta hesabla 46 kilometr yol qət edib. Onun bir gündə qət etdiyi məsafə 155 kilometrə qədər qalxıb.
Qeyd edək ki, bu qeydə alınmış ən uzun tülkü səyahətidir.

DİGƏR XƏBƏRLƏR

Top