Mingəçevirdə polisin peşə bayramı qeyd edilib

"Azərbaycan Polisi Günü" münasibətilə Mingəçevirdə  bayram tədbiri keçirilib.

Yeniavaz.com - un bölgə müxbirinin verdiyi məlumata əsasən, tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin, həmçinin şəhid olan polis əməkdaşlarının əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına təbrik teleqramı oxunub.

Polis şöbəsinin rəisi, polis polkovniki Teymur Hacıyev tədbirdə çıxış edərək Azərbaycan polisinin, o cümlədən Mingəçevir Polis Şöbəsinin əməkdaşlarının keçdikləri şərəfli yoldan danışıb. O, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-nin Azərbaycan Polisi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Bayram tədbirinə dəvət alan polis veteranları da çıxış edərək gənc polis əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar. Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına fəxri fərmanlar və qiymətli hədiyyələr verilib.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top