Tampdan uran reaksiyası: İran "odla oynayır"


ABŞ prezidenti Donald Tramp, zənginləşdirilmiş uran ehtiyatlarının qoyulan sərhəddi ötdüyünü açıqlayan İrana sərt reaksiya verib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Tramp Ağ Evdə keçirilən bir imza kampaniyası zamanı İranın bu addımını "odla oynayırlar" deyə şərh edib.
Qeyd edək ki, ötən gün İranın yarı-rəsmi xəbər agentliyi "Fars", rəsmi Tehranın 3,67 faiz zənginləşdirilmiş uran səviyyəsinin nüvə müqaviləsində təyin olunmuş 300 kiloqramı ötdüyünü açıqlamışdı. Ağ Ev və ABŞ Xarici İşlər Nazirliyi isə İranın bu addımını ayrı-ayrılıqda açıqlamalarla tənqid etmişdilər.

DİGƏR XƏBƏRLƏR

Top