Trampın karikaturasını çəkdiyinə görə işdən qovuldu - KARİKATURA


ABŞ prezidenti Donald Trampın karikaturasını çəkən şəxsi 17 il işlədiyi redaksiyadan qovulub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, karikaturaçı rəssam Mişel Adder ötən həftə ABŞ sərhəddini keçmək istəyən ata və qızın ölümünə görə Prezident D.Trampı günahlandırıb və buna görə karikatur çəkib. Rəsmin sosial şəbəkələrdə yayılmasından sonra Mişel Aderin 17 il çalışdığı bütün qəzetlər onunla iş birliyindən imtina ediblər.
Qeyd edək ki, “New York Times” qəzeti  2 ay öncə İsrail Baş naziri Binyamin Netanyahunu D.Trampın rəhbər iti olaraq göstərən karikatur nəşr etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top