İrkutskda baş verən daşqınlarda ölənlərin sayı 14-ə çatıb


Rusiyanın İrkutsk vilayətində daşqınlar səbəbi ilə ölənlərin sayı 14-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat verib.
İlkin məlumatlara görə, daşqınlar nəticəsində 14 nəfər ölüb, 13 nəfər itkin düşüb, 153 nəfər isə yaralanıb. Mənbənin dediyinə görə, təxminən 1,3 min nəfərə ilkin tibbi yardım göstərilib.
İrkutsk Fövqəladə Hallar Nazirliyi yeni daşqınların olmayacağını deyib: “Ölkədəki çaylarn səviyyəsi aşağı düşüb və yeni daşqınların olacağı gözlənilmir”.
Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top