Türkiyədə saxta içkidən kütləvi zəhərlənmə


Türkiyənin Mərsin şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb.

Xəstəxanalara yerləşdirilən şəxslərdən beşi həyatını itirib. Daha 14 nəfərin müalicəsi davam etdirilir. Onlardan dördünün vəziyyəti ağırdır. Hələlik hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Faktla bağlı cinayət işi açılıb. Dörd nəfərin həbs olunduğu bildirilir.//AzərTAC

DİGƏR XƏBƏRLƏR

Top