Avropa hərbi internet yaradır

Almaniya və Niderland tarixdə ilk hərbi internet yaradılması məqsədilə səylərini birləşdirmək qərarına gəliblər. Bu haqda “ZDNet” nəşri yazır.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, müvafiq razılaşma Brüsseldə NATO ölkələri nazirlərinin iclasında Almaniya və Niderlandın müdafiə nazirləri Ursula fon der Lyayen və Ank Beyleveld arasında imzalanıb.
 
“Tactical Edge Networking” (TEN) adlandırılacaq yeni şəbəkə gələcəkdə bütün NATO ölkələrinin hərbi şəbəkələrini özündə birləşdirəcək.
 
TEN mənzil-qərargahı Almaniyanın Koblents şəhərində yerləşdiriləcək, texnoloji dizayn ilə isə niderlandlı mütəxəssislər məşğul olacaqlar. Şəbəkənin inkişaf etdirilməsinin dəyəri bir neçə milyon avro məbləğində qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top