Avtomobil yoluna çıxan pələng motosikletləri qovdu - VİDEO


Hindistanda ağacların arasından qəfil avtomobil yoluna çıxan pələng motosikletləri qovmağa başlayıb.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, hadisə Vayanad adlı ərazidə baş verib. Həyəcandan qışqıran iki motosiklet sürücüsünün kadrları isə sosial şəbəkələrdə marağa səbəb olub.
Səlahiyyətli şəxslər ərazidə xeyli sayda vəhşi heyvanın yaşadığını və iki təkərli nəqliyyat vasitələri istifadə edən şəxslərə ehtiyyatlı omaları haqqında xəbərdarlıq ediblər. Həmçinin bu ərazidə 3 pələngin yaşadığını və hələ ki, heç kimə hücum etmədiyini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top