Suriyada son 6 ayda 1864 nəfər dinc əhali öldürülüb


Suriya İnsan Haqları Cəmiyyəti Suriyada bu ilin ilk 6 ayında 1864 nəfər dinc əhalinin döyüşən qruplaşmalar tərəfindən öldürüldüyünü açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk 6 ayında ümumi öldürülən dinc əhalinin 468-i uşaq 285-i isə qadınlar olub.
Cəmiyyətin verdiyi məlumatda Bəşər Əsəd rejiminin ordusu və İranın dəstəklədiyi terroristlərdən ibarət güclər, 211-i uşaq və 136-ı qadın olmaqla ümumilikdə isə 891 dinc əhalinin ölümünə səbəb olub.
Rusiyanın hücumları zamanı 34-ü uşaq 21-i qadın olmaq üzrə 149 dinc əhali həyatını itirib. Bundan əlavə YPG və PKK terror təşkilatının hücumları nəticəsində 33-ü uşaq 10-u qadın olmaq üzrə 99 dinc əhali qətlə yetirilib.
Cəmiyyətin verdiyi məlumatlarda İŞİD terror təşkilatının hücumlarında 31 uşaq, 24 qadınla olmaqla 64 nəfər dinc əhali öldürülüb.
Müxalif güclər və Əsəd rejiminə qaşı döyüşən silahlı qruplar tərəfindən 10-u uşaq və 1-i qadın olmaq üzrə 39 nəfər öldürülüb.
Naməlum qruplaşmalar tərəfindən isə bu müddət ərzində 149-u qadın 93-ü uşaq olmaq üzrə cəmi 540 dinc əhali öldürüldüyü cəmiyyətin verdiyi məlumatda yer alıb.
Süriya İnsan Haqları Cəmiyyəti bu ilin yanvarında 197, fevralında 246, martında 334, aprelində 324, mayında 416 və iyununda 347 dinc əhalinin öldürüldüyünü açıqlayıb.
Verilən məlumatlarda qətlə yetirilənlərdən 15-nin tibb işcisi, 6-nın mülki müdafiə könüllüləri olduğu bildirilir.
Cəmiyyətin məlumatında 142-i rejim tərəfindən olmaq üzrə 159 nəfərin işgəncələrə məruz qalaraq öldürüldüyü qeyd edilir.

DİGƏR XƏBƏRLƏR

Top