İrandan AÇIQLAMA: Nüvə silahı üçün qoyulan sərhəddi keçdik


ABŞ-la İran arasında gündən-günə dərinləşən gərginliyi daha da alovlandıracaq addım növbəti dəfə də İran tərəfindən atıldı.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, rəsmi Tehran ölkədə nüvə silahının istehsalında istifadə ediləbilən zənginləşdirilmiş uran ehtiyatlarının 300 kiloqram sərhəddini ötdüyünü açıqlayıb.
Bildirilib ki, bu sərhəd 2015-ci ildə P5+1 ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) bağlanan müqavilədə təyin olunan sərhəddir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp, 2015-ci ildə imzalanan və İranın nüvə fəaliyyətlərini dayandırması qarşılığında bu ölkəyə tətbiq edilən sanksiyaları dayandıran müqavilədən imtina etmişdi.
Bununla da İran neftinin ixracına mane olan sanksiyaları yenidən işə salmışdı. Müqavilədə iştirak edən digər ölkələr isə İran neftinin ixracı üçün yeni bir yol axtarmağa başlayıb. Ancaq ötən həftə Vyanada aparılan danışıqlar zamanı İran tərəfi, avropa ölkələrini dəstək göstərməməklə günahlandırmış və uranı zənginləşdirməyə davam edəcəyini bəyan etmişdi.
Beynəlxalq Atom Enerjisi Agentliyindən (IAEA)  ötən həftə verilən məlumata əsasən, İranın müqavilədə təyin olunmuş 202,8 kiloqramdan daha az, təxminən 200 kiloqram zənginləşdirilmiş uranı mövcuddur. "Reuters" xəbər agentliyindən verilən məlumata əsasən İranın bu günkü açıqlamsından sonra IAEA ilə əlaqə yaratmaq mümkün olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top