Gəncədə FACİƏ - Çaya düşən 7 yaşlı Hüseynin meyiti tapılıb


Gəncə şəhərində Gəncəçay çayına düşən azyaşlının meyiti tapılıb.

Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb. Onun meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top