"07" ilə polisi vuranın sürücülük vəsiqəsi yox imiş


Şirvan şəhərində xidmətdə olan polisi vuran sürücü ilə bağlı cinayət işi başlanılıb.

Yeniavaz.com xəbər verir ki, DİN Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə iyunun 30-da baş verib. Yol-nəqliyyat hadisəsi baş verən əraziyə gələn Dövlət Yol Polisi əməkdaşı, serjant Toğrul Babayev həmin yoldan keçən 52 BK 773 dövlət nömrə nişanlı “VAZ 2107” avtomobil tərəfindən vurulub. Müəyyən edilib ki, “VAZ 2107”-ni idarə edən Salyan rayon sakini, Heydərov Emil Bəylər oğlu 1-ci qrup əlildir və sürücülük vəsiqəsi yoxdur. E.Heydərov bundan öncə avtomobili həmişə İkinci Varlı kəndi ərazisində sürüb. Dünən isə rayon mərkəzinə getmək üçün əsas yola çıxıb.  

Qəza nəticəsində T.Babayevin hər iki bud sümüyü sınıb. Şirvan Mərkəzi Xəstəxanasında bildirilib ki, T.Babayev hazırda reanimasiyadadır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

DİGƏR XƏBƏRLƏR

Top