Sabah Günəş tutulacaq


İyulun 2-də Günəş tutulması hadisəsi baş verəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb.

Belə ki, bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Qeyd edək ki, ilk Günəş tutulması bu ilin yanvarın 6-da baş verib.

DİGƏR XƏBƏRLƏR

Top